ABŞ Ukraynaya 1 milyard dollar kredit ayırmağı planlaşdırır.
Unikal.org APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Petro Poroşenko ilə ABŞ-ın vitse-prezidenti Co Bayden arasında baş tutan telefon danışığı zamanı razılığa gəlinib.
Yaxın müddət ərzində Ukraynaya 1 milyard dollar həcmində kreditin ayrılmasına dair ikitərəfli saziş imzalanacaq. Söhbət zamanı P.Poroşenko Ukraynada işgüzar mühitin yaxşılaşdırılması və dövlət maliyyə sisteminin təkmilləşdirilməsinə yönələn tədbirlərdən bəhs edib.
Ukrayna prezidenti həyata keçirilən islahatların ABŞ, Beynəlxalq Valyuta Fondu və digər beynəlxalq tərəfdaşlara ölkəsinə daha fəal dəstək göstərməyə imkan yaradacağına ümid etdiyini bildirib.