Qarabağda erməni əsgər güllə yarası alıb.

Unikal.org verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyindən informasiya yayılıb.

Məlumata görə, hadisə hadisə dünən saat 22:35 radələrində işğal altında olan Qarabağın şimal istiqamətində yerləşən qanunsuz hərbi hissələrin birinin postunda xidmət aparan 1988-ci il təvəllüdlü erməni əsgər Şamxal Petrosyan ölümcül yaralanıb.