Rusiya prezidenti Vladimir Putin Soçidə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

Unikal.org xəbər verir ki, məlumatı Ermənstan KİV-i yayıb.

"Sizə uğurlar arzulayıram. Ümid edirəm ki, münasibətlərimiz əvvəlki kimi inkişaf edəcək, - Rusiya prezidenti vurğulayıb.

Nikol Paşinyan, öz növbəsində, Rusiya-Ermənistan müttəfiqliyinin davam edəcəyinə əmin olduğunu bildirib.

O qeyd edib ki, yeni hakimiyyət ikitərəfli münasibətlərə təkan verəcək.