Azyaşlı uşağı qaçırmaq istəyən adamın görüntüləri küçədəki təhlükəsizlik kamerasına düşüb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Çinin Fenggang şəhərində azyaşlının əlindən tutub, qaçırmaq istəyən adamın qarşısını elə uşağın qardaşı kəsib. Belə ki, uşaq tanımadığı bir şəxsin onun kiçik qardaşının əlindən tutub dartaraq apardığını görür, cəld yaxınlaşıb, qardaşını xilas edir. O daha sonra səs salaraq ətrafdakılardan kömək istəyib.