Xəbər verdiyimiz kimi, Fələstinlilərin ABŞ-ın İsraildəki səfirliyini Qüds (Yerusəlim) şəhərinə köçürməsinə etiraz olaraq keçirdikləri kütləvi aksiyalarda ölənlərin sayı artmaqda davam edir. Hazırda ölən fələstinlilərin sayı 37, yaralıların sayı isə 2000 min nəfərə yaxınlaşıb. Bu arada Türkiyənin Xarici İşlər Naziri Mövlut Çavuşoğlu Qüdsdə (Yerusəlim) ABŞ-ın İsraildəki səfirliyinin açılmasına etiraz edən fələstinlilərin öldürülməsinə sərt münasibət bildirib.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, Türkiyənin Xarici İşlər Naziri Mövlut Çavuşoğlu Qüdsdə (Yerusəlim) ABŞ-ın İsraildəki səfirliyinin açılmasına etiraz edən fələstinlilərin öldürülməsin qətliam adlandırıb:

"Bu qətliamı qınamaqla iş bitmir və bunu yetərli saymıram. Artıq addım atmaq zamanıdır. Paytaxtı Qüds olan Fələstin dövlətini tanımalıyıq. Hər kəs bu məsələ ilə bağlı sussada biz susmayacayıq. Fələtinin Qüds davasına sona qədər dəstək verəcəyik. Türkiyə olaraq bu məsələdə üzərimizə nə düşərsə, bundan sonra daha artığını edəcəyik.