Mobil qurğular üzrə mütəxəssislər ən populyar qurğuların reytinqini tərtib ediblər.
Unikal.org ICTnews-a istinadən xəbər verir ki, satış həcmi 16 milyondan çox təşkil edən "iPhone X smartfonu reytinqdə birinci yeri tutub.
İkinci, üçüncü və dördüncü yerlərdə, həmçinin "Apple şirkətinin smartfonları ("iPhone 8, "8 Plus və "iPhone 7) yerləşib.
Çinin "Xiaomi şirkətinin "Redmi 5A smartfonu reytinqdə 5-ci yerdə qərarlaşıb.