Mayın 16-daBakı vaxtı ilə 02:05-də Yer planetinə ən kiçik məsafəyə qədər "2010 WC9 kabus asteroidi yaxınlaşacaq.

Unikal.org xəbər verir ki, astronomların səkkiz il əvvəl gözdən itirdiyi kosmik obyektin planetimizin 203 min kilometr yaxınlığından keçəcəyi və sürətinin 46 min km/saat təşkil etdiyi bildirilir.

Asteroidin diametri 60-130 metrdir.

İlk dəfə asteroid 2010-cu ilin noyabr ayında qeydə alınıb, dekabr ayında isə yoxa çıxıb. Kabus-asteroid yalnız bu il, mayın 8-də yenidən aşkarlanıb.Astronomlar"kabusunYer planetinə düşmə təhlükəsinin olmadığını əmin edir.