Cənubi Afrika Respublikası (CAR) Qəzza zolağında baş verən hadisələrlə əlaqədar İsraildəki səfirini geri çağırıb.

Unikal.org-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu CAR-ın Beynəlxalq münasibətlər və əməkdaşlıq nazirliyinin nümayəndəsi Nvidxuvo Mabaya bəyan edib.

"İsrailin son hücumlarının ciddiliyini nəzərə alaraq CAR İsraildəki səfirini təcili geri çağırmağı qərara alıb, deyə nazirliyin rəsmisi qeyd edib.

O əlavə edib ki, CAR hökuməti İsrail silahlı qüvvələri tərəfindən Qəzza zolağında həyata keçirilən qəddar təcavüz aktını ən qəti şəkildə pisləyir.