Türkiyə Qəzza zolağında baş verən hadisələrlə əlaqədar İsrail və ABŞ-dakı səfirlərini geri çağırıb.

Unikal.org-un  "Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
O, sabahdan ölkədə 3 günlük matəm elan edildiyini elan edib.
Ərdoğan həmçinin bir sıra dünya liderləri, o cümlədən Fələstinin rəhbəri Mahmud Abbas və BMT Baş katibi Antoniu Guterreş ilə danışıqlar aparmaq niyyətində olduğunu açıqlayıb.
Türkiyə prezidenti İslam Əməkdaşlıq Təşkilatının fövqəladə toplanmasının çağırılmasının zəruriliyini vurğulayıb.