İsrailin Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, səfirin XİN-ə çağırılmasına səbəb kimi Qəzza zolağında yaşanan qanlı hadisələr göstərilib.

Nazirlik səfirdən Türkiyəni tərk etməsini tələb edib.

Xatırladaq ki, ötən gün Qəzza zolağında İsrail əsgərlərinin açdığı atəş nəticəsində 61 fələstinli həlak olub. Türkiyə Qəzzada baş verən faciə ilə bağlı 3 günlük matəm elən edilib.