30 illik həyat yoldaşını güllələyib öldürüb. Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, 3 uşaq atası 56 yaşlı Hasan E. 49 yaşlı həyat yoldaşı Mühibe E-ni yatdığı yerdə güllələyib. 56 yaşlı kişi 30 illik həyat yodaşına 8 dəfə atəş açıb.

Silah səsini eşidən qonşular təcili tibbi yardıma və polisə zəng vurublar. Əraziyə gələn işçiləri yaralı qadına tibbi müdaxilə etsə də onun həyatını xilas etmək mümkün olmayıb.

Hasan.E-nin bu əməli hansı səbəbdən törətdiyi hələ ki, məlum deyil. Hadisə ilə bağlı araşdırma başlanılıb.