Türkiyənin səhiyyə naziri Dəmircan "Qəzzadan gələcək yaralıları əvvəl Ankaradakı xəstəxanada qəbul edəcəyik. Yaralıların vəziyyətinə görə xəstəxanalarımızı hazırladıq dedi.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin səhiyyə naziri bildirib ki, Fələstində kifayət qədər dərman və tibbi ləvazimat olmadığı üçün yaralılar risk altındadır. Fələstində olan yaralıları gətirmək üçün bütün hazırlıqları tamamlamışıq.  Səhiyyə naziri qeyd edib ki, əgər Fələstin tərəfi razılıq verərsə yaralılardan ağır olanları Türkiyəyə gətirəcəyik.