Azərbaycan əsilli rusiyalı iş adamı Vahid Ələkbərovun sahibi olduğu "LUKoil şirkətinin altı işçisi itkin düşüb.

Unikal.org Virtualaz.org-a istinadən xəbər verir ki, hadisə Komi Respublikasında baş verib.

Mənbəyə görə, şirkətin səkkiz işçisinin olduğu özüyeriyən maşın (vezdexod) Kojva qəsəbəsindəki istehsal sahəsindən qayıdırmış. Çaya çox yaxın ərazi ilə hərəkət edərkən, maşın suya düşüb. İşçilərdən ikisi xilas ola bilsə də, altı nəfərin taleyi barədə heç bir məlumat yoxdur.

Hadisə yerində xilasedicilərin işlədiyi bildirilir.