Space Tv-də yayımlanan "Olar? Olmaz!" verilişində daha bir maraqlı mövzu tamaşaçılara təqdim edilib. Bu dəfə Qarabağ, Şuşa, Laçın, Kəlbəcər, Ağdam və digər işğal olunmuş rayonlarımızın adına açılmış kafelərlə bağlı görüntülər tamaşaçılara təqdim edilib.
Unikal.org xəbər verir ki, aparıcı Amil Xəlil bu cür kafelərin gecə saatlarında göstərdikləri xidmətlərdən danışıb. Hətta bəzi görüntülər belə tamaşaçılara təqdim edilib. Görüntülərdən də göründüyü kimi kafelərin qarşısında qızlar oğlanlarla görüşür və nələrisə müzakirə edir. Hətta bəzi görüntülərdə içkili qızlar səs-küy salır və ətrafdakıları narahat etməyə başlayır. Digər görüntülərdə isə qızlardan biri dava edir və əraziyə polis əməkdaşı gəlir. Kafelərin adları və gördükləri "işlərlə" bağlı danışan aparıcı bəzi adiyyatı qrumlara da səslənib. Hətta Nəsimi rayon ərazisində bu cür kafelərin daha bərbad olduğunu qeyd edərək artıq folklorla məşğul olan şəxslərin belə həssas məsləyə diqqət yeritməsini xahiş edib.
Daha sonra kafelərə yollanan aparıcı kafe sahibləri ilə bu barədə müzakirələr aparıb. Baxmayaraq ki, bəziləri "yaxşı edirik" cümləsini səsləndirsə də fikirlərlə razı olanlar da olub. Məsələ ilə bağlı Qarabağ yazıçılarından biri sərt çıxış edib. O cür insanları "ciblərini düşünən insanlar adlandırıb."
Qeyd edək ki, bütün bölgələrdə bu cür kafelər var. Onların əksəriyyətində qızlar "müştəri" ilə razılaşıb, lazım olan məkana yollanırlar. Verilişdə Amil Xəlil "bizim heç kimin çörəyi ilə işimiz yoxdur. Milli mənəvi dəyərlərlə bağlı danışırıq. Xocalının, Zəngilanın adını necə o cür məkanlara vermək olar axı?" deyərək digər görüntüləri təqdim edib.
Bu gün axşam saat 19:55 də isə Qarabağ qazisi Kamil Müsəvinin açıqlamaları da tamaşaçılara təqdim ediləcək. Və gecə saatlarında "xidmətləri" ilə könül oxşayan başqa kafelərin görüntülərini də "Olar? Olmaz!" verilişində izləyə biləcəksiniz