İranın Fars əyalətində keçirilən etiraz aksiyasında 1 nəfər ölüb, 6 nəfər yaralanıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə mayın 17-də gecə saatlarında baş verib.

Məlumata görə, hökumət əyalətin Kazerun şəhərini iki yerə bölüb. Şəhər sakinləri isə hökumətin bu qərarı ilə razılaşmayıblar və küçələrə çıxaraq aksiya keçiriblər.

Bu zaman polislə etirazçılar arasında qarşıdurma yaranıb. Nəticədə 1 aksiya iştirakçısı ölüb, 6-sı yaralanıb.

Dövlət rəsmiləri hadisəyə hələlik münasibət bildirməyiblər.