"YouTube video platforması yenilənməyə davam edir.

Unikal.org technote-yə istinadən xəbər verir ki, platformaya "Incignito Mode (Gizli mod) adlı yeni funksiya əlavə olunub.

Telefonda "YouTube tətbiqində videolara baxıldıqdan sonra və tətbiqdən çıxıldığı zaman axtarışa verilən bütün sözlər avtomatik olaraq keşdə silinəcək.

Qeyd edək ki, bir çox brauzer də bu funksiyanı dəstəkləyir.