İsrailin Baş naziri Benyamin Netanyahu Avroviziya-2018 mahnı müsabiqəsində qalib olan müğənni Netta Barzilai ilə görüşüb.

Unikal.org xəbər verir ki, Baş nazirin həddən artıq sevincli olması mətbuatın diqqətindən yayınmayıb. Netanyahu müğənni Netta ilə birlikdə qalib gələn "Toy mahnısının rəmzinə çevrilən "toyuq rəqsini ifa edib.

"Netta Barzilai ilə Qüdsdə görüşmək nə qədər əyləncəlidir. Netta, hamımız səni sevirik. Millətimizə böyük şərəf qatdın, - Netanyahu bildirib. (axar)