2018-ci ilin yanvar-aprel ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 301,4 mln. manat məbləğində sığorta haqları toplanıb və 78,5 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib.
Unikal.org xəbər verir ki, könüllü sığorta bazarı üzrə haqlar 220,9 mln. manat, ödənişlər isə 56,9 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 80,5 mln. manat, ödənişlər isə 21,6 mln. manat olub.
2018-ci ilin yanvar-aprel ayları ərzində sektor üzrə məcmu sığorta haqlarının 73,3%-i könüllü, 26,7%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 72,5%-i könüllü, 26,5%-i isə icbari sığorta növləri hesabına formalaşıb.