ABŞ-ın Santa-Fe şəhərində (Texas ştatı) məktəbdə silahlı insident baş verib.

Unikal.org-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 10 nəfər ölüb.

İlkin məlumata əsasən, insidentlə əlaqədar 2 nəfər saxlanılıb.

CNN telekanalının xəbərinə görə, silahlı şəxs sinifə daxil olaraq atəş açıb.

Hadisənin digər təfərrüatları və atəş açan şəxsin kimliyi barədə məlumat verilmir.