Kubada qəzaya uğrayan Boeing 737 sərnişin təyyarəsinin göyərtəsində 113 nəfər olub.

Unikal.org xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Məlumata görə, onlardan 104-ü sərnişinlərdir. Təyyarə Boyeros şosesində yerə çırpılıb.

xxx

Kubada Boeing 737 sərnişin təyyarəsi qəzaya uğrayıb.

Unikal.org xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata görə, "Cubana de Aviacion" şirkətinə məxsus təyyarə səmaya qalxdıqdan sonra yerə düşüb. Hələlik ölənlər və ya xəsarət alanlar barədə məlumat yoxdur. Qeyd edilir ki, təyyarədə təxminən 100 nəfər olub. Hadisə yerinə təcili yardım avtomobilləri və yanğınsöndürmə xidməti cəlb edilib.