CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 17-də 81,03 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 2,21 dollar/barel çoxdur.
Unikal.org xəbər ki, bu barədə trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti mayın 17-də 80,33 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,16 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti mayın 17-də 77,42 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,34 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə mayın 17-də 80,29 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 2,05 dollar/barel çoxdur.