Hindistanda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Unikal.org  xarici KİV-ə istinadən xəbər verir ki, Qucarat ştatının Bxavnaqar şəhərində içində sement kisələri və adamlar olan yük maşını aşıb. Nəticədə 19 nəfər ölüb, 7 nəfər isə xəsarət alıb. Yaralıların vəziyyəti barədə dəqiq məlumat yoxdur.