Xəbər verdiyimiz kimi, dünən İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin liderləri İstanbulda toplaşıblar. Növbədənkənar zirvə görüşündə İsrailin dinc fələstinlilərə qarşı qətliam törətməsi və bundan sonra görüləcək tədbirlər barədə fikir mübadiləsi aparılıb.İstanbulda İsrail əleyhinə təşkil edilmiş zirvə toplantısı maraqlı nüansla yadda qalıb.

Unikal.org Yenicag.az-a istinadən xəbər verir ki, zirvə görüşündən sonra iştirakçılara paylanılan iftar paketində "Coco-Cola olub. Bu barədə məlumatı toplantıya qatılmış jurnalistlər veriblər.

Qeyd edək ki, tez-tez "Coco-Cola şirkətinin İsrailə xidmət etdiyi və əldə olunan gəlirin müsəlmanlara qarşı istifadə edildiyi barədə iddialar səsləndirilir.