Rusiya xarici işlər naziri Sergey Lavrov Argentina və Kubaya planlaşdırılmış səfərini təxirə salıb.

Unikal.org "TASS Agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, Rusiyada yeni hökumətin formalaşması ilə əlaqədar nəzərdə tutulmuş tədbirlərlə bağlı səfər nəzərdə tutulmuş günlərdə baş tutmayacaq.

Qeyd edək ki, Buenos Ayres şəhərində baş tutacaq G20 ölkələrinin XİN liderlərinin görüşündə Rusiya zazir müavini səviyyəsində təmsil olunacaq.