Fransada dövlət qulluqçularının elan etdiyi tətilə görə mayın 22-də aviareyslərin 20 faizə yaxın ləğv olunacaq.

Unikal.org Fransa mətbuatına istinadən  xəbər verir ki,  artıq ləğv olunan aviareyslərlə bağlı sərnişinlərə məlumat verilib və tövsiyə olunub ki, Paris, Lion və Marselə olan səfər reyslərində dəyişiklik etsinlər.

Qeyd edək ki, dövlət qulluqçularının tətili Fransanın yeddi ən böyük həmkarlar ittifaqı təşkilatının çağırışı ilə keçiriləcək və ölkənin bütün ərazisini əhatə edəcək.

Etirazlar hava limanları ilə yanaşı, ölkənin təhsil müəssisələri, xəstəxanaları, uşaq bağçaları, o cümlədən hüquq mühafizə orqanlarının işinə də öz təsirini göstərəcək.

Xatırladaq ki, bu, Fransa prezidenti Emmanuel Makronun bir illik prezidentliyi dövründə keçirilən sayca üçüncü vətəndaş tətilidir.