Qroznıda kilsədə ibadət edən insanları girov götürmək istəyən silahlılar məhv edilib.
Unikal.org-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə Çeçenistan prezidenti Ramzan Kadırov məlumat verib.
O bildirib ki, həyata keçirilən xüsusi əməliyyat nəticəsində dörd yaraqlı məhv edilib. Qarşıdurmada bir polisin aldığı güllə yarasından öldüyü, birinin isə yaralandığı bildirilir.
R. Kadırov silahlıların Qərb ölkələrindən birindən təlimat aldığını deyib: "Hazırda zərərsizləşdirilən silahlıların şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür, ərazi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən əhatəyə alınıb".
Qeyd edək ki, kilsə Qroznı şəhərinin mərkəzində yerləşir.