Livanda 36 ildir köhnə avtomobildə yaşayan və eyni məhəllədə dilənən Fatma Muhammed Osman öldükdən sonra bank hesabında 5,5 milyon dolların olduğu üzə çıxıb.
Unikal.org-un haberler.com-a istinadən verdiyi xəbərə görə, 54 yaşlı dünyanın ən varlı dilənçisi köhnə avtomobildəki "sığınacağında ölü tapılıb. Bundan başqa, meyidi müayinə edən həkimlər onun ciblərindən təxminən 4 min dollarlıq Livan lirəsi aşkar edib.
Ölümündən əvvəl fiziki qüsurlu Fatmanı yemək, paltar və yanacaqla təmin edən qonşular onun "milyonçu dilənçi olduğunu eşidincə şoka düşüblər.