Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Balkanlara səfəri zamana ona qarşı sui-qəsd cəhdi edilə bilər.
Unikal.org-un Türkiyə KİV-lərinə istinadən verdiyi məlumaat görə, bu barədə Türkiyənin kəşfiyyat xidmətlərinə Makedoniyanın paytaxtı Skopyedə yaşayan türklər və Qərbin kəşfiyyat xidmətləri məlumat verib.
Skopyedə yaşayan türklər bildirib: "Şaiyələr gəzir ki, prezident Ərdoğanın Balkan yarımadası ölkələrinə səfəri zamanı ona qarşı sui-qəsd cəhdi olacaq".
Qərbin kəşfiyyat xidmətləri öz növbəsində bildirib: "Türk əsilli bir qrup insan Ərdoğana qarşı onun Balkanlara səfəri zamanı sui-qəsd hazırlayır".
Fərqli mənbələrdən oxşar məlumatları əldə edən təhlükəsizlik qüvvələri araşdırmaya başlayıb.