Sudan Misirə seriallarla bağlı nota verib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Misirin bəzi televiziyalarında yayınlanan bir serialda Sudanın pis göstərildiyi iddia edilib. Sudanın XİN-in sözçüsü Qariballah əl-Hadır bu barədə yazılı açıqlama verib:

"Misirdə yayımlanan bəzi kanallarında nümayiş etdirilən "Əbu Ömər əl-Misriyyə" adlı serialda Sudana gələn Misir vətəndaşları haqqında pis imic formalaşdırılır. Bununla da ölkəmizə terrorçu damğası vurulur. Serialın bəzi səhnələrində Sudanın simvollarından istifadə olunub. Buna görə rəsmi dairələrdən icazə alınmayıb".

Hadır həmçinin bildirib ki, sözügedən serialla bağlı mayın 16-da Misirin Hartum şəhərindəki səfiri Usamə Şeltuta etiraz notası verilib.