Keçmiş arvadı ilə barışmaq bəhanəsiylə evinə gedən Burhan S. qadının ailə üzvlərinə hücum edib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Burhan keçmiş arvadı Dilek Ulutaşla danışmaq istədiyini deyib. Bu zaman qayınatası İsmayıl Ulutaş ona mane olmağa çalışıb və aralarında mübahisə yaranıb. Mübahisə zamanı Burhan özüylə gəzdirdiyi silahı çıxardaraq, əvvəlcə qayınatasına, sonra arvadına və qayınanasına atəş açıb. İsmayıl Ulutaş aldığı yaralardan hadisə yerində dünyasını dəyişib. Dilek Ulutaş və anası yaralanıb.
Cinayətkar hadisə yerindən qaçsa da, sonradan polis tərəfindən həbs edilib.