2018-ci ilin yanvar-aprel aylarında metro nəqliyyatından istifadə edən sərnişinlərin sayında artım müşahidə olunub.
Dövlət Statistika Komitəsindən Unikal.org-a bildirilib ki, metro nəqliyyatının xidmətindən istifadə edən sərnişinlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 2,5 faiz artaraq 77,8 milyon nəfərə çatıb.