Misirdə Safaqa-Kena yolunda mikroavtobus qəzaya uğrayıb.

Unikal.org xarici mətbuata istinadən verdiyi məlumata əsasən, hadisə nəticəsində 3 nəfər ölüb, daha 8 nəfər xəsarət alıb.

Həkimlərin sözlərinə görə, xəsarət alanların 3-ün vəziyyəti ağırdır. Onlar Xurqadı xəstəxanasına çatdırılıb. Daha 5 nəfər Safaqa şəhərinin xəstəxanasına yerləşdirilib.