Türkiyədə terrorçuların yola qoyduğu əldəqayırma partlayıcı qurğunun partlaması nəticəsində 2 əsgər şəhid olub.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Ağrı vilayətində, Doğubəyazitdə baş verib.

Məlumatda bildirilir ki, partlayış zamanı 1 əsgər həlak olub, daha 1 əsgər isə yaralanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.