İsveçrənin Edinburq şəhərində bələdiyyənin yardım etdiyi vəsaitlə evsizlər üçün qəsəbə salınır.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Edinburq bələdiyyəsinin "Sosial Bayt" adlı vəqfə bağışladığı pulla tikiləcək mənzillərə yerləşdiriləcək evsizlərin 12-18 ayadək saxlanılması planlaşdırılır.11 ədəd 2 otaqlı evin olduğu qəsəbədə ilk olaraq 20 evsizin yerləşdirilməsi nəzərdə tutulub.

Köməklik göstəriləcək evsizlərə maddi yardımın edilməsi də planlaşdırılıb. Bundan başqa bu layihə çərçivəsində İsveçrə daxilində 800 evsizin mənzil şəraitinin yaxşılaşdırılması nəzərdə tutulub.