Rəsmi Vaşinqtonun İrana və bütün dünyaya fəaliyyətində diktə etməyə haqqı yoxdur.
Unikal.org-un "Mehr agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran prezidenti Həsən Ruhani bəyan edib.
"ABŞ-ın müstəqil və suveren dövlətlər adından qərarlar qəbul etməsini dünya artıq qəbul etmir. ABŞ hökuməti 15 il əvvələ, 2003-cü ildə Corc Buşun bəyanatlar verdiyi dövrə qayıdıb. Sizin bəyanatlarınızın vaxtı bitib. İran xalqı artıq sizin riyakarlığınızdan bezib və heç vaxt bunu qəbul etməyəcək, deyə H.Ruhani vurğulayıb.
Qeyd edək ki, bu gün ABŞ dövlət katibi Mayk Pompeo İranla yeni razılaşma imzalanması üçün 12 şərt irəli sürüb.