Suriyada minalanmış avtomobilin partlaması nəticəsində 6 nəfər həyatını itirib.
Unikal.org xəbər verir ki, bu barədə öz mənbəsinə istinadən RİA "Novosti" məlumat yayıb.
Terror aktı nəticəsində daha 15 nəfər yaralanıb.
"Hazırda 6 nəfərin öldüyü, daha 15 nəfərin yaralandığı barədə məlumat var", — deyə o bildirib.
Bunadan əvvəl Suriyanın şimal-şərqində yerləşən Qamışlı şəhərində terror aktının törədildiyi məlumat verilmişdi. Minalanmış avtomobil Türkiyə ilə sərhəddə partladılıb.