Rusiyanın Sverdlovsk Vilayəti Dumasının erməni əsilli deputatı Armen Karapetyan mandatdan məhrum edilib.
Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, buna səbəb onun öz gəlirlərini gizlətməsi olub.
A.Karapetyan 2016-cı il üzrə illik gəlirinə dair bəyannamədə 2 övladını və onların adına olan əmlakı göstərməyib.
Onun deputat səlahiyyətlətinə vaxtından əvvəl xitam verilməsinə dair qərarın lehinə 42, əleyhinə bir deputat səs verib. Bir deputat isə birtərəf qalıb, biri isə səsvermədə iştirak etməyib.
A.Karapetyan deputat mandatından məhrum edilməsi ilə razı olmadığını bildirib və qərarı özbaşınalıq kimi qiymətləndirib.