Dağıstanın Dərbənd şəhərində silahlılarla polis arasında atışma baş verib. Unikal.org "RİA Novosti"yə istinadən xəbər verir ki, insident nəticəsində 2 polis əməkdaşı ölüb, 12-si isə yaralanıb.
"Xəstəxanaya 12 nəfər yerləşdirilib, daha bir nəfər isə xəstəxanaya yerləşdirildikdən sonra keçinib. Mənzillərdən birində mövqe tutmuş silahlı dəstə ilə atışma zamanı həmçinin cinayət axtarış idarəsinin rəisi də həlak olub", - deyə Dərbənd şəhər xəstəxanasından bildirilib.
Qeyd olunan silahlı dəstənin mayın 9-da Dərbəndin sabiq meri Feliks Qazıəhmədovun atası Hacıəhməd Qazıəhmədovun qətli ilə əlaqəsi olduğu ehtimal olunur.
Bu gün günorta saatlarında başlayan əməliyyatın hələ də davam etdirildiyi bildirilir.