Rusiya göyərtəsində idmançıların olduğu "Elfin" yaxtasının Şimali Koreyanın Sahil Mühafizəsi tərəfindən saxlanılmasına görə, bu ölkəyə nota verib.
Unikal.org Report-a istinadən xəbər verir ki, bu barədə şənbə günü Rusiyanın Pxenyandakı səfirliyinin hərbi attaşesi Denis Samsonov məlumat verib.
"Rusiya Federasiyası səfirliyi Şimali Koreya tərəfinə heyət üzvlərinin dərhal azad edilməsi tələbi ilə nota verib", — deyə diplomat bildirib.
Məlumata görə, hazırda yaxta Şimali Koreya limanına gətirilib. Gəmidə kapitan və 4 heyət üzvü olub. Onların hamısı salamatdır.
O bildirib ki, Rusiyanın Çondindəki baş konsulu Yuri Boçkaryev yerli hakimiyyət icazə verəcəyi təqdirdə hər an limana getməyə hazırdır.
Yaxta üzvləri Pusan şəhərində idman yarışında iştirak ediblər. Onlar Yapon dənizində saxlanılıblar.