2018-ci ilin I rübü Azərbaycan iqtisadiyyatı üçün uğurlu olub. Belə ki, bu dövrdə ÜDM 2,3%, qeyri-neft sektoru təqribən 3%, qeyri-neft sənayesi 10%, kənd təsərrüfatı 4,2%, artıb.
Unikal.org xəbər verir ki, bu barədə bu gün İqtisadiyyat Nazirliyində geniş kollegiya iclasında nazir Şahin Mustafayev deyib.
Bildirilib ki, 2018-ci ilin I rübündə valyuta ehtiyatları 2,2 milyard ABŞ dolları artaraq 44,2 milyard ABŞ dollarına çatıb. Bu dövrdə ölkə iqtisadiyyatına 3,5 milyard dollar sərmayə qoyulub ki, bunun da böyük hissəsi xarici investisiyalardır.
Qeyd olunub ki, əhalinin gəlirləri təxminən 10% artıb, inflyasiya 4% təşkil edib, əhalinin gəlirlərinin artım tempi inflyasiyanı dəfələrlə üstələyib.