CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 22-də 81,32 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 1,42 dollar/barel çoxdur.
Unikal.org xəbər verir ki, bu barədə trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti mayın 22-də 80,41 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,42 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti mayın 22-də 77,64 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,39 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə mayın 22-də 80,23 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,64 dollar/barel çoxdur.