Xəbər verdiyimiz kimi, İsveçin paytaxtı Stokholmun "Qlobe" arenasında keçirilən "Eurovision 2016" mahnı müsabiqəsinin finalı başa çatıb.
Müsabiqənin builki qalibi 534 səslə Ukrayna təmsilçisi Camala olub. 511 səslə Avstraliya ikinci, Rusiya isə 490 səslə üçüncü yerləri tutub.
Azərbaycan təmsilçisi Səmra Rəhimli 117 səslə on yeddinci yerdə qərarlaşıb.
Müsabiqədə Azərbaycan maksimum xalı (12) Rusiyaya verib. Bizdə daha sonra 10 xal Ukrayna, 8 xal isə Bolqarıstan təmsilçisinə verilib.
Ölkəmizdən verilən səslər:
7- Avstraliya
6- Malta
5- Litva
4- Macarıstan
3- İsrail
2- Polşa
1-İspaniya.
Yarışma zamanı Rusiya və İsveç Azərbaycana 10 xal verib. Bosniya, Malta, İspaniya, Niderland, Yunanıstan və Makedoniya -1, Kipr və Belarus -2 xal, Ukrayna və Macarıstan – 7 xal verib (44 bal).
Tamaşaçı səsverməsi Azərbaycana əlavə 73 xal gətirib. Beləliklə, Azərbaycan təmsilçisi Səmra Rəhimli müsabiqədə 117 xal toplayıb.