Rusiya prezident Vladimir Putin Qərb ölkələrini rəsmi Moskva ilə münasibətlərdə "qırmızı xətti" keçməməyə çağırıb.
Unikal.org RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, V.Putin bunu Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumu çərçivəsində keçirilən beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşündə deyib.
"Bəs deyildi ki, NATO sərhədlərimizə yaxınlaşıb. Şübhə var ki, bu gün-sabah Ukraynanı ora daxil edəcəklər, hər hansı radarlar və raket əleyhinə müdafiə sistemləri quraşdıracaqlar. Bilirsiniz mi, hər şeyin bir həddi var, "qırmızı xətti" keçmək olmaz. Bizim maraqlarımıza hörmətlə yanaşın.