Rusiya Türkiyəyə 1 milyard ABŞ dolları məbləğində təzminat ödəyəcək.

Unikal.org bildirir ki,bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan seçki kampaniyası çərçivəsində Ərzurumda seçicilərlə görüşdə çıxışı zamanıbildirib.

Onun sözlərinə görə,bununla bağlı rəsmi Ankara Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət edib: "Sizə bir müjdəm var. Rusiyadan "Mavi axın" və "Qərb" xəttindən aldığımız təbii qaz qiymətlərinə üç il əvvəl endirim tələb etmişdik.

Tələbimiz yerinə yetirilməyəndə Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət etdik. Uzun müzakirələr nəticəsində 2015-2016-cı illərdə təbii qazda 10,25% endirim olunması ilə bağlı Rusiya ilərazılığa gəldik. Bu səbəbdən ölkəmizə1 milyard dollar təzminat ödəyəcək".