Braziliyanın Qoiania şəhərində yerləşən həbsxanada çıxan yanğın 9 uşağın həyatına son qoyub.

Unikal.org-un xarici KİV-ə istinadən xəbər verir ki, hıəbsxana rəhbərliyi yaşı 13-dən 17-yə kimi olan məhkumların qaldığı kolonların dəyişdirilməsinə qərar verməsi, onların etirazın səbəb oluub. Məhkumlar üsyan çıxarıblar. Qarşıdurma zamanı məhkumlar tərəfindən yanğın çıxarılıb. Nəticədə uşaq və yeniyetmə məhkumların 9-u həlak oub.

Hadisə ilə bağlı istintaq başlayıb. Qeyd edək ki, Braziliya məhbus sayının ən yüksək olduğu ölkələr sırasında yer alır.(modern.az)