Misirin Ali İnzibati Məhkəməsi Məhəmməd peyğəmbərin həyatı haqqında müsəlmanların dini inancını təhqir edən filmi yayan "YouTube videohostinqinin bir ay müddətinə bağlanmasına dair aşağı məhkəmə instansiyasının qərarını təsdiq edib.

Unikal.org xəbər verir ki, misirli vəkil Məhəmməd Həmid Salim peyğəmbərin həyatı haqında təhqiramiz kadrları ləğv edənədək "YouTubeun ölkə ərazisində bağlanması tələbi ilə məhkəməyə müraciət edib.