Albaniyada minlərlə insan ölkənin baş nazirinin istefasını tələb edir. Unikal.org xarici mətbuata istinadən  xəbər  verir ki, müxalifətin minlərlə tərəfdarı paytaxt Tiranada etiraz aksiyası keçirib. Onlar baş nazir Edi Ramın fəaliyyətindən narazılıq edib və onu cinayətkar qruplaşması ilə əlaqədə ittiham ediblər.

Aksiyada iştirak edənlər onu istefaya çağırıblar. 

Aksiya zamanı polislə toqquşmalar baş verib. Etirazçılar hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş və şüşə qablar - butulkalar atıblar. Toqquşmalar zamanı 11 polis əməkdaşı xəsarət alıb. Onlar nümayişçilərin hökumət binasına daxil olmasının qarşısını alarkən yaralanıb.