Fransanın cənub-şərqində dəhşətli yol qəzası baş verib. Unikal.org xarici mətbuata istinadən xəbər verir ki,  ötən gecə reqbi azarkeşlərinin olduğu avtobus qəzaya uğrayıb.

Qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub. Qəza nəticəsində 3 nəfər hadisə yerində ölüb, 11 nəfər yaralanıb. Ölənlər içərisində sürücü də olub. Həkimlər xəsarət alanların vəziyyətinin ağır olduğunu deyib.