Suriyada dörd Rusiya hərbçisi həlak olub.

Unikal.org xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Suriyada terrorçuların hökumət qüvvələrinin artilleriya batareyasına hücumu zamanı 2 Rusiya hərbi müşaviri həlak olub, 5 hərbçi yaralanıb. Yaralılar Rusiya hərbi hospitalına gətirilsə də, onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb.

Məlumatda bildirilir ki, bir saata yaxın davam edən döyüş nəticəsində 43 terrorçu məhv edilib.