Adıyaman bölgəsində 11 yaşlı qız mağaza sahibi tərəfindən cinsi istismara məruz qalıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, bölgənin Hürriyet məhəlləsində mağaza sahibi olan İ.B adlı şəxs küçədən keçən 11 yaşlı qızı oyuncaq vermək adı ilə aldadıb.

Azyaşlını aldadaraq iş yerinə gətirən sahibkar elə orada da uşağa qarşı seksual xarakterli hərəkətlər edib.

Cinsi istismara məruz qaldığı iddia edilən azyaşlı qışqıraraq hadisə yerindən qaçıb. Məhəllə sakinləri polisə zəng edib. Hadisə yerinə gələn polis əməkdaşları İ.B-nin sakinlər tərəfindən linç edilməsinin qarşısı alınıb. Polis bölməsinə aparılan təcəvüzkar şəxs ədliyyəyə sövq edilib. İ.B ilk məhkəmənin qərarı ilə həbs olunub.